SİZİN REKLAM BURADA!
055 213 76 73



“Elə bir şey edəcəm, hamı şok olacaq”. Bu sözlər xalq artisti Firəngiz Mütəllimovaya məxsusdur.

BAKU.WS
-in yenicağ.az istinadən verdiyi məlumata görə, gözəl aktrisa son vaxtlar sosial şəbəkədə ona yazılan fikirlərdən danışıb.

Aktrisa tamaşaçılarının ondan dramatik rol tələb etdiklərini bildirib:

“Mən çalışdığım Akademik Milli Dram Teatrında faciə də oynamışam, komediya da. Son vaxtlar ola bilsin komik rolda çox göründüyümdən, tamaşaçılar məndən dramatik rol istəyir. İstəmək də demək olmaz, tələb edir. Onlar məndən əvvəlki televiziya tamaşalarındakı obrazlarımı görmək arzusundadır. Aktyorda ikinci plan deyilən bir şey var: gülə-gülə ağlaya, ağlaya-ağlaya gülə bilirsən. Mən belə bir rolda görünəcəm. Elə bir şey edəcəm ki, onu hələ heç bir aktrisa səhnədə etməyib. Hamı şok olacaq”.

BAKU.WS