Məşhur müğənni Zamiq Hüseynov Instagram hesabında "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova ilə yeni fotosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, Zamiq yeni layihəyə imza atıb. Müğənni "Nargis" jurnalı üçün yeni fotosessiya etdirib. Bu haqda məşhur özü xəbər verib. Hüseynov izləyiciləri ilə bölüşdüyü şəklə belə bir şərh verib: 

"Bu gün "Nargis" jurnalı üçün çəkdiyimiz yeni fotolar və video roliklər çox uğurlu alındı. Tezliklə... Təşəkkür edirəm sizə çox gözəl insan, səmimi insan, gözəl xanım Ülviyyə Rəhmanova".

Rəşad Əliyev
BAKU.WS