SİZİN REKLAM BURADA!
055 213 76 73



Cazibədar müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.

BAKU.WS xəbər verir ki, ötən gün axşam saatlarında sərnişin avtobusun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib. Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb. Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb.

Təhlükəsizlik kəmərini taxan ifaçı, xoşbəxtlikdə xəsarət almasa da, onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.

Nəzərinizə çatdıraq ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və siğorta şirkətinin işçiləri gəlib.

Dilarənin avtomobilinin qəzadan sonra çəkilmiş fotolarını sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS