SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın məşhur pop ifaçısı Dima Bilanla azərbaycanlı müğənni Nigar Camalın “Qucaqla məni” (Обними меня) adlı klipi “Youtube”də 10 milyondan çox baxış toplayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə D. Bilan 3 milyonluq rəsmi instaqram səhifəsində məlumat verib. Rusiyalı ulduz bildirib ki, sözügedən mahnı və klip sosial şəbəkələrdə kifayət qədər uğur qazanıb.

Azərbaycanlı ifaçı isə rusiyalı müğənninin paylaşımını repost edib.

O, bunun üçün dinləyicilərə təşəkkürünü bildirib.

İman
BAKU.WS