SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən ilin son günü evinin vanna otağında yıxılan Flora Kərimovanın başına iş gəlib.

BAKU.WS-in məlumatına görə, xalq artistinin Yenicag.az-a verdiyi məlumata görə, onun qabırğası sınıb.

“Dekabrın 31-ində yıxıldım. Travmatologiyada bütün həkimlər başıma dolandılar, ayağımı “snimka” etdilər. Heç nə çıxmadı. Amma 2 gün ağrıdan yata bilmədim. Sonra yenə həkimə getdim. Məlum oldu ki, 12-ci qabırğam sınıb. İndi karsetdəyəm. Sağ olsun, dostlar. Hamı zəng edir, maraqlanır. Allah betərindən saxlasın”.

BAKU.WS