SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə evlilik verilişləri ilə məşhurlaşan Naz "Lider TV"də yayımlanan "7 Gün" verilişinə qatılıb. 

BAKU.WS-in məlumatına görə, ilk dəfə Azərbaycan efirində görünən Naz ona ünvanlanan sualları cavablandırıb. 

"Baxıram ki, mənim elədiyim bir şeyi pis bir şəkildə millətə təqdim etməyə çalışırlar. Mən də onların acığına daha da çox edirəm ki, qay yansınlar. Məni sevən insan belə şeylər eləməz. Mənim haqqımda kim nə istiyir paylaşsın. Heç vecimə deyil.

Hər kəs baxsın, hələ də burdayam. Mənə heç nə olmur, siz sadəcə boş-boş danışırsız. Boş insan da boş-boş danışır. Ona görə heç kimə fikir vermirəm". 

Nazim
BAKU.WS