SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı reper Hüseyn Dəryanın nadir fotoları ortaya çıxıb. 

BAKU.WS-in məlumatına görə, mərhum reperin ailəsi və dostları ilə çəkdirdiyi nadir fotoları böyük maraq yaradıb. 

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayan Hüseyn Dərya ilk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yaranıb. Son dəfə son "Can vətənim" mahnısına klip çəkdirib.

14 mart 2014-cü il tarixində, reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan H. Dərya 15 mart 2014 -cü il tarixində dünyasını dəyişib.

Nazim
BAKU.WS