3 il əvvəl ayrılan Şakira və Gerard Pike yenidən danışır
2020-ci ildə ayrılan Şakira və Gerard Pike indi yenidən ünsiyyət qurmağa başlayıblar.
BAKU.WS xəbər verir ki, cütlük əvvəllər bir-birilə danışmır, əlaqəni Şakiranın qardaşı Tonino vasitəsilə saxlayırdı. İndi isə onlar birbaşa telefon və WhatsApp vasitəsilə əlaqə saxlayır. Danışıqlar yalnız uşaqlarının gündəliyi, tətil planları, himayə və gündəlik məsələlərlə bağlıdır.
Ekspertlər bildirirlər ki, bu, romantik barışma deyil, yalnız valideynlik öhdəliklərinə yönəlmiş praqmatik ünsiyyətdir.
Şakira Barselonadakı Pike ilə birgə sahib olduqları evi satıb. Bu addım həm maliyyə, həm də emosional baxımdan müstəqilliyin tamamlanması kimi qiymətləndirilir.
Hazırda cütlük romantik yaxınlaşma yaşamır, lakin uşaqları üçün daha sağlam və az münaqişəli ünsiyyət qurublar.
Oxşar xəbərlər
57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir
Holivud ulduzu Cennifer Lopezin yeni sevgilisi var. BAKU.WS "Page Six"a istinadən xəbər verir ki, aktyor Benn Afflekdən ayrıldıqdan sonra uzun müddət tənha qal...