SİZİN REKLAM BURADA!
055 213 76 73



Ayın 17-də Diana Ahadpour butikin təntənəli açılışı baş tutdu. Qonaqların sırasında Diananın yaxınları, qohumları və dostları olmuşdur. 

Qonaqları salmalayaraq, Diana dedi - "Mən Allaha çox şükür deirəm ki, bütün arzularım gerçəkləşir. Mən xoşbəxt insanam ki yanımda  mənə hər zaman dəstək olan yoldaşım var. Ruhən və mənəvi dəstək və mənimlə bütün işləri birgə görən Ləman Şərifli kimi dostum var. Və bütün yaxın insanlar mənə həmişə dəstək göstərdiyinə görə - hər kəsə ürəkdən minnatdaram”

Sonra isə, modellərin çıxışını izləyərkən, qonaqlar brendin libasları ilə tanış oldular. 

Diana, uşaqlıqdan modelyer arzusunda idi. Zərif bir zövq və gözəlliyə çatmaq cəhdi ətrafındakılarının bir çoxunun libasi ilə kifayətlənmirdi.

Rəssamlıq Akademiyasını bitirdikdən sonra, o, qəti surətdə öz brendini yaratmaq fikrinə gəlib, özünə ortaq, sadiq dost və həmfikir - Ləman Şəriflini tapıb, uzun və zəhmətli bir hazırlığa başlayır. 

İlham, bazarımızdakı keyfiyyətli məhsulun tələbatından gəlir. Onlar, yerli istehsalatın hər bir incə detalını tədqiq edib, bütün biliklərini bir araya gətirərək, Diana Ahadpour brendinin yay kolleksiyasının yaradılmasının üzərində işləməyə başlayırlar. Yay fəslinə aid olan modellər, təbii parçalardan və ən əsası ipəkdən hazırlanan bütün libaslar - qadınlığın təcəssümündən, gəncliyin romantizmindən və zərifliyindən bəhs edir. Brendin yaradıcıları, keyfiyyətli məhsullara dəyər verənlərin bəyənisini qazanacaqlarını ümid edirlər. Lakin onlar, brendin yalnız Bakıda nümayişi ilə kifayətlənməyib, yaxın zamanda, brendin eynisini Dubayda açmağı planlaşdırdılar.

Və yayın bu qızğın vaxtında isə qarderobunuzu Diana Ahadpour-un zərif rəngləri ilə bəzəməyinizi məsləhət görürük! 

Butik, Port Baku Mall-un 2-ci mərtəbə | Telefon: +994 516700000