SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın məşhur kişi jurnalı "Playboy" gözlənilməz qərar qəbul edib.

BAKU.WS məlumat verir ki, jurnalın yaradıcısı 89 yaşlı Hyu Hefner artıq jurnalda qadınların çılpaq fotolarının yer almaması ilə bağlı göstəriş verib. Buna səbəb kimi çılpaq qadın fotolarının dövrünün bitdiyini göstəriblər. Hyu Hefner, "The Times"ə açıqlamasında bildirib ki, qərarın icrasına 2016-cın ilin mart ayından başlanılacaq.
 
Dərginin icraçı direktoru Skott Flanders qeyd edib ki, jurnal növbəti ildən yeni dizaynda daha müasir olacaq:

"Biz açıq-saçıq fotoların dərci üçün mübarizə apardıq və qalib gəldik. Artıq həmin dövr arxada qalıb. İndiki zamanın tələbi fərqlidir. İndi istənilən adam internetdə çılpaq fotolara pulsuz da baxa bilir".

62 ildir fəaliyyət göstərən "Playboy"un digər bölmələri isə olduğu kimi qalacaq. Eləcə də, jurnalda açıq-saçıq qadın fotoları yenə də yer alacaq.
 
BAKU.WS