SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Türkiyədə evlənmə proqramlarının birinə qatılan azərbaycanlı qızı transa bənzətdikləri üçün qız məcbur olub mediaya uşaqlıq şəkillərini çıxarıb. Heç o şəkillərdə də özünə oxşamır. Bax nə məcburdur ki, o qədər plastik əməliyyat etdirəsən, ay bacı? Heç bir qram özünə oxşamırsan". 

BAKU.WS-in məlumatına görə, bu sözləri aparıcı İradə İsak "Zuhal Topalla evlənmə” proqramının keçmiş iştirakçısı, trans hesab edilən azərbaycanlı namizəd Esmira haqqında deyib:

"Yeni adət də yaranıb. Əməliyyatdan sonra qızlar ağızlarını əyə-əyə, guya naz-qəmzəli danışmağa çalışırlar. Onda da lap o üzdəniraqlara oxşayırlar. Hətta bir dəfə Türkiyə media işçiləri İlhamə Quliyevanın da Bülənt Ersoy kimi trans olduğunu düşünmüşdülər. Danışıq tərzi, makiyaj, əməliyyatlar başqa cür düşünməyə əsas vermirdi. Yaxşı qüsurunuz var düzəldin. Ta ağız-gözünüzü şişirib dam boyda etmək sizə nə verir, ay canıyanmışlar?"
 
BAKU.WS