SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Konçita yenidən kişi olmaq istəyir.

2014-cü ildə qeyri-adi görünüşü ilə "Eurovision"da seçilən və qalib gələn Konçita Vurst (əsl adı Tomas Noyvirt) obrazını dəyişmək qərarına gəlib.

BAKU.WS-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, o, artıq "saqqallı qadın" obrazından yorulduğunu, yenidən kişi imicinə dönəcəyini bildirib:

"Konçita ilə vidalaşmaq lazımdır, buna "Konçitanın intiharı" da demək olar. "Saqqallı qadın" artıq hər şeyi əldə edib və bu obraz artıq mənə lazım deyil. Onunla vidalaşın". 

"Mən onu öldürməliyəm”, - musiqiçi deyib.

Konçitanın sözlərinə görə, son vaxtlar onun kişi tərəfi israrla özünü hiss etdirir.

"Mən axtarışdayam, özümü axtarıram. Hazırda heç vaxt olmadığı kimi özümdən şübhələnirəm. Tom isə üsyan edir”, - Noyvirt əlavə edib. 

BAKU.WS