Yerli komediya filmlərinin sevənlərin nəzərinə, "Hoqqa” filmi ekranlara gəlir.

BAKU.WS xəbər verir ki, yanvarın 27-dən ölkənin bütün kinoteatrlarında nümayişinə başlanılacaq komediya filmində xalq artisti Cəfər Namiq Kamal, əməkdar artist Dilarə Əliyeva, Elməddin Cəfərov, Vüsal Murtuzəliyev, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov çəkilib.

Filmin süjet xəttinə gəlincə, əyalətdə yaşayan evdə qalmış qızı "Feacebook” vasitəsi ilə bir oğlanla tanış olur, şəhərə gəlir və bununla da macəra başlayır. 

"Hoqqa”nın ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru Cavid Təvəkküldür.

Filmin treylerini oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ