SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni il gecəsi Bakıda konsert verən türkiyəli ifaçı Hadisə daha çox geyimi ilə gündəmə gəlib. 

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, yerli müğənnilər də ifaçının açıq-saçıq geyimini tənqid edib. 

Onlardan biri də müğənni Nadir Qafarzadə olub. İfaçı Hadisəni abırsız adlandırıb:
 
"Bizimkilərin əksəriyyəti də ölürlər, elə bil ayaq, arxa görməyiblər. Bu da bilir ki, sənəti yoxdur, Azərbaycanda ancaq soyunmaqla tutuzdura bilər. Heç olmasa, canlı oxuma, ay xaric. Gələn dəfə gələndə tamam soyunarsan, onsuz da bizimkilərin bəziləri görməmişdilər. Bizdə abır-həya deyilən bir şey qalmayıb. Onsuz da hamı yola verir, sən də məqamdı istifadə et. Bir də əcəb edirsən, kef elə”.
 
Qeyd edək ki, N.Qafarzadə daha sonra şərhini silib.
 
BAKU.WS