2026-cı il Qızıl Qlobus Mükafatlarının tarixi bəlli oldu
25
apr
2025
11:54
Gələn il 83-cü dəfə təqdim olunacaq Qızıl Qlobus Mükafatlarının keçiriləcəyi tarix açıqlanıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, "Oskar" mükafatlarının öncülü hesab olunan Qızıl Qlobus Mükafatlarının 2026-cı il yanvarın 11-də sahiblərinə təqdim olunacağı bildirilib. Tədbiri bu dəfə də aparıcı Nikki Qleyzerin aparacağı qeyd olunub.
83-cü Qızıl Qlobus Mükafatları ənənəvi olaraq ABŞ-nin Beverli Hills şəhərində yerləşən "Beverly Hilton" otelində keçiriləcək. Namizədlərin adları isə dekabrın 8-də elan olunacaq.
Oxşar xəbərlər
Manaf Ağayev toylarla bağlı qərarını açıqladı
Müğənni Manaf Ağayev 65 yaşdan sonra toy məclislərində iştirak etməyəcəyini bildirib. BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb...