2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR
Foto
Şou-biznes 52

Hər il olduğu kimi 2025-ci il də şou-biznes aləmi üçün müsbət və mənfi hadisələrlə yadda qaldı. Bu il mülkünə mülk qatıb 500 min, 800 min, 1 milyon AZN-ə ev alanlar da oldu, 1 milyon AZN dəyərində borc edib, lüks avtomobilini satanlar da... Kimisi 80 min AZN-lik qızılını satarkən, kimisi isə 257 min AZN-lik avtomobil sifariş etdi. Bu il bir məşhurun da mənzilindən 20-30 min AZN-lik qızılı oğurlandı.

Bu dəfə BAKU.WS şou əhlinin 2025-ci ildə yaşadığı həmin hadisələri oxuculara təqdim edir:

Müğənni Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu bu il mülkünə mülk qatan məşhurlar siyahısında oldu. O 800 min manata bahalı malikanə aldı. Sənətçi 425 min manata isə "Mercedes Gelandewagen" markalı maşın aldı. İştirak etdiyi verilişlərdən birində sənətçi Türkiyədə iki gün keçirilən tədbirdən 500 000 lirə qonorar qazandığını açıqladı.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Ülviyyə Namazova

Müğənni Ülviyyə Namazova isə 2025-ci ildə özünə yarım milyon manata ev aldı. Bu barədə aparıcı Zaur Nəbioğlu açıqlama verdi. O ifaçının "Seabreez"dən aldığı yeni evinin qiymətinin yarım milyon manat olduğunu dedi. Ülviyyə bu il özünə 120 min manata lüks və bahalı maşın da aldı. Qara rəngli "Range Rover" onun 9-cu maşını oldu.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Bahar Lətifqızı

Bu il müğənni Bahar Lətifqızı da daşınmaz əmlaklarının sayını artırdı. Sənətçi paytaxtın "Ağ şəhər" adlı ərazisindən yeni bina evi aldı. Lətifqızının yeni aldığı mənzil yarım milyon manat dəyərindədir. İfaçı qeyd edib ki, evin 180 min manatını hələ ödəməyib. Bu borcu da yavaş-yavaş qaytarır.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Əməkdar artist Vasif məhərrəmli

Əməkdar artist Vasif məhərrəmli də bu il özünə bahalı mülk aldı. Sənətçinin paytaxtın mərkəzi yerlərindən birində aldığı mənzilinin qiymətinin 1 milyon manat olduğu bidlirildi. Bu barədə aparıcı Yalçın Uğur qeyd etmişdi.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Günay İbrahimli

Müğənni Günay İbrahimli həmkarlarından fərqli olaraq bu il sadəcə lüks avtomobil almağa üstünlük verdi. Qara rəngli maşınını nümayiş etdirən Günay onun görüntülərini paylaşaraq "Nəhayət, yeni avtomobilim gəlib çatdı" qeydini yazdı. Deyilənlərə görə ifaçının maşını 94 min manatdır.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Xanəndə Pərviz Qasımov

Xanəndə Pərviz Qasımov bu il özünə yeni və lüks avtombil sifariş etdiyini bildirdi. O bu barədə ilk dəfə qonaq olduğu "Rəngarəng" verilişində danışdı. Sənətçi qeyd etdi ki, 130 min avroya (təxminən 257 296 manat) avtomobil sifariş edib.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə isə bu borca düşdüyünü və buna görə bahalı avtomobilini satdığını etiraf etdi. Bunun səbəbi isə onun yeni restoran biznesinə başlamaq istəməsi olub. Aşığın şəriki ilə başladığı işə 1 milyon manat vəsait lazım olub. O, təkcə "Lexus" markalı maşınını deyil, həm də bankdan kredit götürdüyünü bildirib.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Təranə Qumral

Müğənni Təranə Qumral "Rəngarəng" verilişinə qonaq olan zaman 80 min manatlıq qızılını satdığını etiraf edib. "Qızıl ucuzlaşan vaxtı alıb, bahalaşanda satıram. Sonuncu dəfə bu yaxınlarda 80 min manatlıq qızıl satmışam" - deyə sənətçi qeyd edib.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızı bu il yeni aldığı bağ evini satmaq məcburiyyətində qalıb. Buna səbəb onun malikanəsindən 20-30 min manatlıq qızıllarının oğurlanması olub.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Mənzurə Musayeva

Müğənni Mənzurə Musayeva bu il ilk dəfə efirə illər əvvəl aldığı qızılı ilə çıxıb. O "Rəngarəng" verilişinə 2008-ci ildə aldığı qızılları ilə gəlib. Musayeva bildirib ki, həmin vaxt bu qızılları 12 min dollara yəni, 20 400 manata alıb.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Tamada Natiq Dağlaroğlu

Tamada Natiq Dağlaroğlu bu il gəlin köçürdüyü qızı Aişəyə 106 min manatlıq cehiz verib. "Qızım üçün Şəmkirə getdim, mebel aldım, amma sifarişləri qurtarmır. Sadəcə mebelinə 40 min manat, qab-qacağına 20 min manat vermişəm" - deyə o qeyd edib. Tamada qızının cehizinə ümumi olaraq 106 min manat xərcləyib.

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR

Son xəbərlər