SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 3-də Fəvvarələr Meydanında "NARGIS” Nəşriyyat Evinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək” adlı xeyriyyə yarmarkasının açılış mərasimi olub.
 
BAKU.WS xəbər verir ki, açılışda "NARGIS” Nəşriyyat Evinin rəhbəri Ülviyyə Rəhmanova da iştirak edib. O, yarmarka çəkilən fotoları "İnstagram” bloqunda yerləşdirib. "Nargis Fund”ın təşkilatçılığı ilə reallaşan yarmarka dekabrın 3-də başlayacaq və 2018-ci ilin 15 yanvar tarixinədək davam edəcək.
Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.
 
Qeyd edək ki, "Nargis” fondunun rəhbəri professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovadır. "Soyuq Əllər, İsti Ürək" yarmarkası artıq üçüncü ildir ki, keçirilir.
 
Aysel.Ş
BAKU.WS