SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Əməkdar artist Elza Seyidcahanın himnimizi ifa edərkən sözləri təhrif etməsi haqda xəbər vermişdik.

BAKU.WS "Xəzər xəbər”ə istinadən verdiyi məlumata görə, müğənninin bu hərəkəti sərt qaşılanıb.

Millət Vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan respublikasının rəsmi dövlət himnini, geyindiyi geyimlər və yığdırdığı qeyri-adi saç düzümləri ilə səhv salmamalıdır.

Mədəniyyət və Turizm Nazirliyindən yol verdiyi xətaya görə müğənniyə zəng də gəlib. Himnin bu formada səsləndirilməsinin düzgün olmadığı bildirilərək, sənətçiyə paylaşdığı videonu sosial şəbəkələrdən silməsi göstərişi verilib.

Əməkdar artist bu ifasından sonra üzvü olduğu Bəstəkarlar İttifaqından da tənqid olunub.

Müğənni özü isə sözləri təhrif etmədiyini və bilərəkdən bu cür ifa etdiyini bildirərək, özünə bəraət qazandırıb.

Həmin videonu oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS