SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxanın “14/41” albomu Qırğızıstanın “Apple Music Daily Top 200 Album” çartında 5-ci pilləyə qədər yüksəlib.

BAKUWS xəbər verir ki, bundan başqa Türkiyənin günlük ən çox dinlənilən “Apple Music Daily Top 200 Album” çartına 193-cü pillədən daxil olub.

Qeyd edək ki, albom təqdim olunduğu gündən indiyə kimi Azərbaycanın “Apple Music Top 200 Album” çartında birincidir.

Albomun ən çox səs gətirən mahnısı isə “Onun xəstəsiyəm”dir.

Mahnı Apple Music Azərbaycan Trendində 7-ci, Shazam Azərbaycan Trendində 11-ci, YouTube Music Azərbaycan Trendində 11-ci qərarlaşıb.

Məlumat üçün bildirək ki, “14/41” albomuna 14 mahnı daxildir. Rəqəmsal platformalardan sonra tamaşaçıların çoxsaylı istəyini nəzərə alaraq mahnılar Yutub-a da yüklənib.

BAKU.WS