SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli serialı "Yalı Çapkını"nın yayımlanan son bölümündə Kazımın qızı Seyranın əlini yandırmağa çalışmasını əks etdirən səhnə tənqidlərə səbəb olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialdakı səhnə qısa zamanda sosial mediada müzakirələr yaradıb.

Çox sayda izləyici Türkiyə Radio və Televiziya Şurasına (RTÜK) çağırış edib.

Qeyd edək ki, serialın baş rollarında Afra Saraçoğlu, Mert Ramazan Demir, Çetin Tekindor, Şerif Sezer, Gülçin Santırıcıoğlu, Emre Altuğ, Gözde Kansu, Diren Polatoğulları və Beril Pozam yer alır.

Tənqidlərə səbəb olan səhnəni təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA