SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur müğənnisi Hadise Açıkgöz açıqlamaları ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Qalatasaray Universiteti tələbələrinin səsləri ilə müəyyən edilən və məşhur simaların iştirak etdiyi 17-ci "Ən Mükafat Mərasimi"ndə "Ən Yaxşı Qadın Müğənni" Mükafatını alan Hadise daha sonra "TV 100" mikrofonuna danışıb.

Sənətçi keçmiş həyat yoldaşı Mehmet Dinçerler ilə bağlı suala belə cavab verib:

"Mənim üçün bağlanan bir mövzunun hələ də gündəm olması qəribədir. Başa düşürəm. Amma mənim şərh edə biləcəyim bir mövzu deyil. Gündəmimdə yoxdur".

Qeyd edək ki, Hadise "Feryat" adlı yeni mahnısı və ona çəkdirdiyi klipini təqdim edib. Daha sonra klipin dəniz səhnəsinə bənzər olaraq Mehmet Dinçerler də sosial şəbəkə hesabında oxşar paylaşım edib və silib.

Xatırladaq ki, cütlük ötən ilin may ayında İstanbul "Çırağan" sarayında səssizcə evlənmişdi. Lakin bu evlilik 4 ay çəkib.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA