SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bacım Füzuli rayonunda yaşayır. Dedim ki, bir az inək, qoyun alım saxlayın, çoxalsınlar. İki qoyun aldım, hər axşam zəng edirdim ki, artım var?".

BAKU.WS xəbər verir ki, bu sözləri ATV kanalında yayımlanan "7 canlı" verilişinə qonaq olan müğənni Gülay Zeynallı deyib.

Sənətçi bir zamanlar özünə mal-qara biznesi qurduğunu lakin davam etdirə bilmədiyini açıqlayıb:

"Axırda bacım bezdi, dedi, gəl qoyunlarını götür, get. Hövsələsizliyimdən işi qura bilmədim". 

Xatırladaq ki, sənətçi bir neçə gün əvvəl Maldiv adalarından istirahətdən gəlib. 

BAKU.WS
VİDEO