SİZİN REKLAM BURADA!
055 213 76 73


Şou-biznesdə səsi və sənəti ilə gündəmə gələnlər zaman-zaman lüks həyatı və bahalı maşınları ilə də diqqət çəkiblər. Gözönündə olan məşhurlar toylardan əldə etdikləri qazancları ilə bahalı və rahat avtomobillər alırlar. Kimisi bunu zövq üçün edir, yəni nəqliyyat vasitələrindən kolleksiya yığır, kimisi isə bunu özünün və ailəsinin rahatlığı üçün istifadə edir.

BAKU.WS bu dəfə yerli məşhurların zaman-zaman marağa səbəb olan, ən çox müzakirə edilən qeyri-adi və bahalı avtomobillərini təqdim edir:

Əməkdar artist Ədalət Şükürov bir vaxtlar mətbuatda "Lotus" markalı avtomobili ilə gündəm olub. Sarı rəngli nəqliyyat vasitəsi qeyri-adi xarici görünüşü ilə müzakirələr yaradıb. Sənətçinin bu maşınının qiyməti 100 000 AZN olub. 

"Lotus" markalı avtomobilin "99-HP-999" nömrəsinin qiyməti isə təxminən 15 000 AZN olub.

Ədalət Şükürovun 250 000 AZN qiyməti olan "Mercedes Maybach" markalı avtomobili ilə yanaşı "10-PB-002" və "10-PB-100" nömrələri də müzakirələrə səbəb olub. 

 "10-PB-002" və "10-PB-100" nömrələrinin hər birinin qiyməti 10 000 AZN-dən çoxdur.

Əməkdar artist Xəyyam Nisanov da şou-biznesdə avtomobil həvəskarı kimi tanınır. Onun kolleksiyasında göy rəngli “Bentley Continental GT V8”i var. İfaçının bu nəqliyyat vasitəsi mətbuatda çox danışılıb və müzakirələrə səbəb olub. 

Müğənninin maşınının “99-XN-999” seriyalı bahalı dövlət nömrə nişanı var. 

Şou-biznesdə ən bahalı avtomobilləri idarə edənlərdən biri də Xalq artisti Aygün Kazımovadır. Onun sarı rəngli "Chevrolet Camaro Cabriolet" markalı maşını ən çox müzakirə edilən avtomobillərdən olub.

Xalq artisti bu maşını ilə ilk dəfə "28 May - Respublika günü"nə həsr olunan yürüşdə görüntülənib. 

Müğənni Rüfət Axundov da sənət aləminin tez-tez bahalı avtomobilləri ilə gündəmə gələn məşhurlarındandır. "Həyatda tək marağım avtomobillər və geyimdir. Qorxuram ki, dünyamı tez dəyişərəm, doyunca istədiyim maşınları sürmərəm. Ona görə də tez-tez avtomobilimi dəyişirəm. Yeni nəsə çıxırsa, alıram, 5-6 ay sürüb satıram", - deyən sənətçi mütəmadi olaraq yeni maşınlarının fotolarını instaqram izləyiciləri ilə bölüşür. 

"Gelandewagen" markalı maşınının fotosunu paylaşan sənətçinin bahalı "10-PP-005" dövlət nömrə nişanı müzakirələrə səbəb olmuşdu. 

Rüfətin "Ford F-150" markalı və "Range Rover" markalı maşınları da var. "Range Rover"in dövlət nömrə nişanı "10-OO-310" olub. 

Müğənni Şəbnəm Tovuzlunun müxtəlif vaxtlarda fərqli avtomobilləri olub. O, əvvəl "Bentley Continental GT” adlı lüks maşının sahibi olub.

Sonra onu sataraq "Geländewagen” alıb. Daha sonra isə ağ rəngli “Range Rover” markalı maşına sahib olub. Tovuzlu avtomobilini 350 000 AZN-ə aldığını vurğulayıb.

Müğənni Orxan Babazadə də bahalı avtomobili olan məşhurlar sırasındadır. Sənətçidə 250 000 AZN-lik "Range Rover" markalı avtomobilin "Vogue 2014" modeli olub. Sənətçi bunu sifarişlə xaricdən gətirtdiyini deyib. 

 

Orxan "Bentley" də sürür. Onun qiyməti 150-200 000 AZN aralığındadır. 

Əməkdar artist Elton Hüseynəliyevin bahalı "Maserati"si də bir zamanlar mətbuatda gündəm olub. İfaçı, "Arzu edirəm kimin ürəyində gözəl maşın almaq arzusu varsa çin olsun. Dünya malı olsa da gözəldir", - deyə açıqlama verib. 

BAKU.WS