SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni və bəstəkar Murad Arif konsert verəcək. 

BAKU.WS xəbər verir ki, sənətçi yaxın zamanlarda sevənləri üçün musiqili proqramla çıxış edəcək.

Müğənni 9 illik solo fəaliyyətini “Solo” adlı konsertlə taclandıracaq.

Konsert Heydər Əliyev Sarayında baş tutacaq. İfaçı pərəstişkarları qarşısına canlı orkestrlə çıxacaq.

Murad Arif sevənləri üçün "Həyat yoldaşımsan", "İnşallah", "Sevdiyini söylə", "Dondurma", "Bu şəhər ikimizə dar", "Oppalara", "Mənə sən lazımsan" adlı hitlərini ifa edəcək.

Möhtəşəm konsert mayın 19-da baş tutacaq. 

BAKU.WS
VİDEO