VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Xalq artisti Aygün Kazımova müğənni Rəqsanə İsmayılovaya iradını bildirib.

BAKU.WS xəbər verir ki, "10-dan sonra” verilişinin canlı efirinə qoşulan sənətçi bildirib ki, R.İsmayılova bir vaxtlar efirdə çıxıb səsləndirdiyi fikirlərə görə digər sənətçilər haqqında pis fikir formalaşdırıb.

"Görəsən, bu geyim söhbəti nə zaman efirlərdən yığılacaq? Deyir ki, aşığın sözü qurtaranda "nanay-nanay” deyər. Müğənninin evinin, avtomobilinin, ümumiyyətlə, imkanının olmasının onun geyiminə nə aidiyyatı var axı?! Əgər müğənninin sənəti, istedadı varsa, o yüksək təbəqəyə çatacaq, uğur qazanacaq. Rəqsanə efirə çıxdı, bir kəlmə söz dedi, hamımızı vurdu yerə... Belə danışmaq olmaz axı. Rəqsanə əgər sənin həyatın belədirsə, buraya hamını şamil etmək olmaz. Hər kəs öz arşınına görə yozur, amma başqalarına təbii ki təhqir olur, əməyini, zəhmətini alçaldır. Belə düşünürəm ki, bu sözlərimdən hər kəs öz payını aldı. Yəni bir çox müğənnilər, öz səsləri, istedadları ilə qazanırlar”, - deyə, xalq artist deyib.
 
Aysel.Ş
BAKU.WS