SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur aparıcı Günel Hümbətova 22 kiloqram arıqlayıb.

BAKU.WS xəbər verir ki, aparıcı "İnstagram” bloqunda paylaşdığı fotosu ilə hamını çəki atması ilə təəccübləndirib. 

"Bir il ərzində 22 klioqram arıqladım. Buna görə özümü mükafatlandırdım. İradəmə görə özümü gözəl yeməklərlə mükafatlandırdım. Amma mədəm çox kiçildiyi üçün çox yemək mümkün deyil. Bir məqamı da deyim ki, kök olanda da xoşbəxt idim. Hamı eyni olmaq məcburiyyətində deyil. Necəliyindən asılı olmayaraq, insan özünü sevməlidir. Lazım gələndə, güzgünün qarşısına keçib, özünə xoş sözlər də demək lazımdır. Çünki biz qadınların əhvalı, ruh halı, xoşbəxtliyi, sevilən olması burdan başlayır .Bəs o zaman mən niyə arıqlamaq istədim? Çünki qarşıma məqsəd qoydum. Necə arıqladım? Hər şeydən qədərində yeməklə bu nəticəni əldə etdim. Dərim niyə sallanmadı və sellülitlərdən necə azad oldum? Müxtəlif massajlarla istədiyim formaya düşdüm. Mütəmadi olaraq, idmanla etməyi sevmirəm, amma həvəskar tennislə məşğul oluram (ayda bir neçə dəfə). Hazırda isə pilateslə məşğul olmağa qərar vermişəm”- deyə, aparıcı qeyd edib.
 
Qeyd edək ki, aparıcı Günel Hümbətova Firuz Soliyev adlı şəxslə nikah masasına oturub. Uzun müddətdir xaricdə olan aparıcının toyu Las-Veqasda baş tutub. Cütlüyün Jozefina adlı qızı var.
 
Onun fotolarını oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS