SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün vəfat edən müğənni və aktrisa Firəngiz Rəhimbəyova 11 gün əvvəl ad günün qeyd edib. 

BAKU.WS xəbər verir ki, sonuncu ad gününü qeyd edən aktrisa sosal şəbəkə hesabında yeni fotolarını paylaşaraq onu təbrik edənlərə təşəkkür edib:

"Mənə gözəl ad günü arzuları göndərmək üçün vaxt ayıran hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Həyatımda hamınızın olduğu üçün çox xoşbəxtəm".

Xatırladaq ki, aktrisa 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb. O, 1999-cu ildə amerikalı memar Raymond Antoni ilə ailə həyatı qurub.

Rəhimbəyova Los-Ancelesdəki rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub. Mərhumun Raisa adlı bir qızı var.

BAKU.WS
QALEREYA