SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Aysel Əlizadə istirahətə yollanıb. 

BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə turistlərin ən çox üz tutduğu Kappadokiyaya səhayət edib.

Əlizadə "Dünyanın səkkizinci möcüzəsi" adlandırılan istirahət mərkəzini qarış-qarış gəzib. Müğənni orada açıq hava muzeyində də olub. Aysel səyahətindən lentə alınan yeni foto və videolarını instaqram izləyiciləri ilə bölüşüb. 

İfaçı Kappadokiyanın bir başqa enerjisi olduğunu qeyd edib. 

Onun paylaşımları istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Əlizadə illər əvvəl Türkiyədən ev alaraq ora köçüb. O, orada yaşasa da, tez-tez Azərbaycana da gəlir. 

BAKU.WS
QALEREYA