SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxda hərbçi əkiz qardaşlar əkiz bacılarla evləniblər.

BAKU.WS xəbər verir ki, bununla bağlı Əməkdar artist Nigar Şabanova şəxsi instaqram hesabında bildirib.

O, Qazax rayonunda baş tutan toydan görüntülər yayımlayıb. Qardaşların şad günündə iştirak edən sənətçi Qabil və Qalib adlı əkizlərin eyni gündə evləndiyini bildirib. 

"Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar, Allah sizi əkiz övladla sevindirsin", - deyə Nigar sosial şəbəkə hesabında qeyd edib.

BAKU.WS
VİDEO