SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında cazmen Stanislav Pinxasovla görüntülərini yayımlayıb.

Dadaşovanın musiqiçi ilə olan videosu onun Moskvadakı konsert zamanı lentə alınıb. Sənətçi musiqili proqramın görüntülərini ala bilmədiyini, bu videonun isə telefonla çəkildiyini qeyd edib:

"Moskvada yaşayan və musiqimizə rəğbət bəsləyən cazmen Stanislav Pinxasovla Moskva konsertimdə ekspromt... O, heyranım olduğunu deyib, məni müşaiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim.

Heyf ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər və əlimizdə sadəcə telefona çəkilən görüntü var. Halbuki yaradıcı heyətdən ibarət çəkiliş qrupu çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım, amma xəbər çıxmadı ki çıxmadı…"

BAKU.WS
VİDEO