SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımova müğənni Rauf Əhmədovla dördüncü duetini təqdim edib.

BAKU.WS xəbər verir ki, pop diva ilə gənc ifaçı sözügedən ifanı ekranlaşdırmaq üçün kamera qarşısına da keçiblər.

"Saxla şəkilləri" adlı layihə Aygün və Rauf sevərlərə təqdim edilib. Mahnının söz və musiqisi İlkin Hüseynova aiddir.

Dinamik ifanın klipi Xalq artistinin şəxsi yutub kanalına yerləşdirilib. Musiqisevərlər "Saxla şəkilləri" mahnısını "Apple Music", "Spotify", "Deezer" və digər musiqi platformalarında da dinləyə bilərlər.

Xatırladaq ki, Kazımova ilə Rauf bundan əvvəl "Yaraşdın mənə", "Aya" və "Bizdən danışaq" kimi uğurlu layihələrə də imza atıblar.

BAKU.WS
VİDEO

QALEREYA