SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, bu gün sənətçinin evliliyinin 13 ili tamam olub. İradə bununla bağlı instaqram hesabında toy fotosunu paylaşıb. İfaçı həmin şəkilə həyat yoldaşı Ceyhun İzerlə 19 il əvvəl başlayan sevgi hekayəsindən yazıb:

"İl 2001, yaşlarımız 21. Bir-birimizə ilk salamı verdiyimiz tarix. 2003-cü il bu günlərin toxumunun səpildiyi il. 2009-cu il münasibətimizin adını qoyduğumuz il.  Həqiqətən biz bir-birimizi çox gözəl, məsafəli, səviyyəli, hörmətli sevdik. Sevgi hekayəmizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik. Çox "bu iş olmaz" deyənlər oldu amma, iki könülü bir araya gətirən, ol deməsə olmayan tek sevgilim önce uca Allahdır. Mənim üçün bu həyatda hər şey odur. Həyatınızda sevdiyiniz nə varsa bilin ki, yan-yana gətirən var. O istəyərsə olur, yoxsa yarpaq belə qımıldamaz. Mənim sevgim ömürlükdür. Аllah nə istərsə o olur".

Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə ailəlidir. Sənətçinin İpek adlı bir qızı, Ali adlı bir oğlu var.

BAKU.WS
QALEREYA