SİZİN REKLAM BURADA!
055 213 76 73


Milyonçu hind ailələri Adnani və Raina türkiyədə təşkil edilən təmtəraqlı toyla qohum olublar.

BAKU.WS xəbər verir ki, Adnani ailəsinin qızı Revnanın Raina ailəsinin oğlu Anubhavla 3 gün, 3 gecə toy mərasimi keçirilib. 

Cütlük möhtəşəm toy üçün Türkiyənin turizm bölgəsi olan Kappadokiyanı seçib. Toya 8 ay əvvəldən hazırlıqlar başlayıb. Məclisin bəzədilməsi üçün 7 tır gül gətirilib.

Toya Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən 700 qonaq dəvət olunub. Qonaqlara yemək hazırlanması üçün 60 peşəkar aşpaz cəlb edilib. Onlar arasında Hindistanla yanaşı Türkiyədən olan aşpazlar da yer alıb.

Revna Adnani və Anubhav Rainanın toyunda qonaqlara 450 ofisiant xidmət edib. Təmtərağı ilə diqqət çəkən məclis üçün milyonlar xərcləndiyi bildirilib. 

Qeyd edək ki, Adnani və Raina adlı milyonçu ailələr daha çox Hindistan və Dubayda ticarət sektorunda fəaliyyət göstərirlər.

BAKU.WS
QALEREYA