SİZİN REKLAM BURADA!
055 213 76 73


Daha bir türkiyəli məşhur Bakının qonağı olub. 

BAKU.WS xəbər verir ki, bu dəfə paytaxtımıza təşrif buyuran müğənni Gülben Ergen olub. 

Sənətçi şəhərin dəbdəbəli məkanlardan birində səhnəyə çıxıb. Bir-birindən sevilən hitlərini səsləndirən Gülben gecəyə qatılanlara maraqlı və unudulmaz anlar yaşadıb. 

"Şourum" proqramına danışan ifaçı paytaxtımızı çox sevdiyini deyib.

Müğənni konsertdən əvvəl Bakının tarixi və görməli yerlərini gəzib. O, Qız qalasında da olub. Sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib. 

O, Qız qalası ilə bağlı bunları deyib:

"Bura Qız qalasıdır. Zorla evləndirilməyə çalışan bir qızın intihar etdiyi yer. Qadınların faciəsi bitmir".

BAKU.WS
VİDEO