VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyəli müğənni Gülben Ergen Burak Törerdən ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.  

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl mediada Gülben Ergenlə 4 aylıq sevgilisi Burak Törerin dava etməsi xəbəri yayılmışdı.

"TV 2"-də yayımlanan "2 Sayfa" maqazin verilişində verilən məlumata görə, Gülben Ergen Bodrumda istirahət edərkən, yüksək səslə Buraka "Mənə necə güvənə bilmərsən? Sən mənə inanmayıb, kimə inanacaqsan? Mənə güvənməlisən" deyib. Xəbərlərin ardınca cütlüyün ayrılması iddia olunurdu.

Yayılan şayiələrdən sonra Gülbenlə Burak əl-ələ görüntülənib. Ergen ayrılıq xəbərinə belə aydınlıq gətirib: "Elə bir şey həqiqətən yoxdur. Gördüyünüz kimi hər şey qaydasındadır".

BAKU.WS