SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun məşhur cütlüyü Cenifer Lopezlə aktyor nişanlısı Ben Afflek uzun müddət idi ki, malikanə axtarırdılar.

BAKU.WS xəbər verir ki, məşhurlar nəhayət istədikləri cah-cəlallı evi tapıblar.

Cütlük "Bel Air" bölgəsində seçdikləri yeni mənzil üçün 50 milyon dollar pul ödəyib.

Malikanədə 10 yataq, 17 vanna otağı var. Bununla yanaşı geniş mənzilin birdən artıq mətbəxi, idman salonu, böyük hovuzu və müxtəlif mərasimlərin keçirilməsi üçün zalları da mövcuddur. 

Məlumatlara əsasən, daşınmaz əmlak cütlüyə 65 milyon dollara (təxminən 110 milyon 500 min AZN) təklif edilib. Lakin onlar qiyməti endirərək 50 milyon dollara razılaşıblar. 

BAKU.WS
QALEREYA