SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun illərdən sonra yenidən bir araya gələrək eşq yaşayan müğənni Cenifer Lopez və aktyor Ben Afflek cütlüyündən xəbər var.

BAKU.WS xəbər verir ki, "Bennifer" cütlüyü bu dəfə 2002-ci ildə Afflekin Cenniferə taxdığı bahalı nişan üzüyü ilə gündəmə gəlib.

6.1 karatlıq çəhrayı qaşlı "Harry Winston" zinət əşyasının dəyəri həmin vaxt 1 milyon 200 min dollar (təxminən 1 milyon 700 min 340 AZN) olub.

Mütəxəssislər nişan üzüyünün hazırkı qiymətinin isə 12 milyon dollara (təxminən 20 milyon AZN) yüksəldiyini bildiriblər.

Bir müddət əvvəl Cennifer Lopezin 52 yaşı tamam olub. Ad gününü 130 milyon dollarlıq yaxtasında keçirən Lopezə sevgilisi Afflek 45 min dollar (76 min 500 AZN) dəyərində zinət əşyası hədiyyə edib.

BAKU.WS
QALEREYA