SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət xalq artisti Flora Kərimova tərəfindən verilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu haqda Flora Kərimova özü bildirib.

Xalq artistinin sözlərinə görə, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib:

"Mən xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək".

Qeyd edək ki, müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

BAKU.WS