SİZİN REKLAM BURADA!
055 213 76 73


Tez-tez xarici ölkələrə istirahətə yollanan müğənni Sevda Yahyayeva bu dəfə də ənənəsinə sadiq qalıb.

BAKU.WS xəbər verir ki, bu dəfə sənətçi Cənubi Asiyaya üz tutub. O, həyat yoldaşı Zakir Bayramovla Hind okeanının incisi sayılan Şri-Lanka adasına gedib. 

Bu haqda Yahyayeva sosial şəbəkə hesabında məlumat verib. Hazırda orada istirahət edən sənətçi lentə alınan görüntüləri instaqram izləyiciləri ilə bölüşüb. Sevdanın bu paylaşımları istifadəçilər tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Sevda "Həmin Zaur" proqramına qonaq olan zaman həyat yoldaşı Zakir Bayramovun dünyanın 105 ölkəsində olduğunu bildirib. 

BAKU.WS
VİDEO

QALEREYA