SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

BAKU.WS xəbər verir ki, bu barədə muğam ifaçısı özü bildirib.

O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortacın dediyi “Ms xəstəsi olmaq bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub insanları təəccübləndirmək deməkdir” sözlərini instaqram səhifəsində paylaşıb. Sənətçi paylaşıma “İnşallah, ms-in də çarəsi tapılar” sözlərini əlavə edib.

İzləyicilər də Ehtiram Hüseynovun paylaşımını bəyənərək ona şəfa diləyiblər.

Qeyd edək ki, dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.

BAKU.WS