SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qeyri-professional addımdır. Sən yüz denən ki, mən 100 min dollara toya gedirəm. Səhərə kimi evdə otur, televizora bax. Reallıq və məntiq var. Sən tələb olunan yerdə onu deyə bilərsən. Fikir yaxşıdır. Sadəcə xəyaldadır. Elə hərəkət olur ki, mən özüm də onu edirəm. Kənardan baxmışam ki, yaxşı deyil. Azərbaycanda hələ ki plagiat məsələsi həll olunmalıdır. Əslində gözəl fikirdir. Amma bunu köklü surətdə həll etmək lazımdır". 

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev deyib. "Şourum" proqramına müsahibə verən sənətçi efirlərdən pul istəyən həmkarlarına səslənib. Elton onların bu istəyini yanlış zamanda atılmış addım adlandırıb. Hüseynəliyev toylara 50 min AZN-ə getməsi fikrinə də aydınlıq gətirib. Elton bu şayiələri təkzib edib:

"50 min AZN deyə bilmərəm, amma Sumqayıtda 5 şirvana toya gedən adam olmuşam. Onu dəqiq bilirəm ki, 5 şirvana o qədər toy oxumuşam ki..."

BAKU.WS
VİDEO