SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxan “Xəzər” TV-də yayımlanan “Xəzər maqazin” verlişinə öz müsahibəsi ilə ətrafında gəzib-dolaşan bütün söz-söhbətlərə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, müsahibə zamanı küsülü olan həmkarlarına barışıq əli uzadan sənətçi öncə “W-trio”nun keçmiş üzvləri, müğənnilər Natavan Həbibi və Elnarə haqqında danışaraq, ünvanlarına xoş sözlər bildirib. Əməkdar artist hər iki ifaçını ailəsi kimi gördüyünü dilə gətirib:

“Küsülü olmağım yadımdan çıxır. Mən hər kəsə salam verirəm. Ona görə də içimdə heç kimə qarşı küsülülük yoxdur. O iki qız nə vaxt istəyir küsüb-barışsınlar, mən onlardan heç vaxt küsmürəm. Mənim üçün əzizdirlər, ailəm kimidirlər. Üçümüzün də çox ağır həyatı var. Hamımız çiynimizdə yük daşıyırıq, onlar bilir ki, məndə olan yük isə daha çoxdur”.

Röyanın şənbə günü efirə gedən etiraflarla dolu açıqlamalarından daha əvvəl şəxsi “Instagram” səyfəsində Natavan Həbibinin şəklini izləyiciləri ilə bölüşüb.

Natavana Anar Ağakişiyevin etdiyi makiyajın çox yaraşdığını yazan Röya fotoya “Yaraşan və ürəyi açan bir zəhmət” sözlərini əlavə edib.

“Xəzər maqazin” proqramında ötən ilin sonu “Altın Kelebek” mükafatlarından sonra arasında böyük savaş yaşanan Nigar Camaldan da danışan Ayxan söyləyib ki, Nigara qəzəblənə bilmir : 

“Sizə bir söz deyim ki, Nigar yeganə adamdır ki, ona hirslənə bilmirəm. Bilirsiniz, belə pis oldum, doğrudan, çox istəyirdim. Sonra başa düşdüm ki, bu qıza əsəbiləşə bilmirəm. Vallah, onun haradasa ağ tükü var, qopardın onu”.  

Əməkdar artist daha sonra bildirib ki, aralarında olan məsələni uzatmaq istəmir:

“Heç uzatmamışam, söhbəti uzadan adam deyiləm. Ancaq kəskin acı dilim var. Bir dəfə deyirəm, çıxır gedir”.

Röya barışıq jestləri ilə kifayətlənməyib. “Instagram Story”də bu dəfə aralarında soyuq küləklər əsən əməkdar artist Lalə Məmmədovanın şəklini paylaşaraq onun yeni fotosessiyasına bu sözlərini yazıb :

“Qoy deyim ürəyimdə qalmasın, bu zəhmətə vuruldum”.

Röya Ayxan son zamanlar bütün həmkarları ilə barışaraq, küsülüklərə son qoymağa çalışır. Əməkdar artist, bir müddət öncə həmkarları Sevda Ələkbərzadə, Nura Suri, Elton Hüseynəliyev, və işinin peşəkarı prodüser Toliklədə umu-küsünü unudub. 

Rəşad Əliyev
BAKU.WS