SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktrisa Burcu Kıratlı ilk dəfə "Biz bize" proqramında Sinan Akçılla boşanma səbəbini açıqlayıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa münasibətlərində balansı qoruya bilmədiklərini deyib:

"İkinci dəfə xəyal qurursan, amma davam etdirə bilmirsən. Bəlkə də həll olunmayacaq problem yoxdur, ancaq gücün və həvəsin qalmayıb. Biri-birimizi incitmədiyimiz üçün ayrılıq müddətimiz də sakit keçir. İki sənətçinin bir yerdə olmağı çətindir. Onun işi olduqda, mənim isə olmayanda biri-birimizi sıxırdıq.

Bəlkə də o balansı qoruya bilmədik. Münasibətdə bir tərəf olqun olmalıdır, ikimiz də uşaq kimiyik. Bəzən sevgi kifayət etmir. Evləndikdən sonra işdən geri qaldı kimi fikirlər səsləndi. Ancaq ki, çox təklif gəldi, mən qəbul etmədim. Evliliyimin məni karyeramda geri apardığını düşünmürəm. Ərdə olmasaydım da eyni şeyi edəcəkdim. Amma "Bir də məşhurla evlənmərəm" də demirəm".

BAKU.WS