SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Aslan Hüseynovun vəfatı ilə bağlı bəzi faktlar ortaya çıxır. 

BAKU.WS xəbər verir ki, "O üz" proqramına qonaq olan sənətçinin yaxın dostu Sevda Kazımova hadisə zamanı baş verənlərdən danışıb. Aslandan danışan Sevda göz yaşlarını saxlaya bilməyib:

"Bacısı danışdı, mənə dedi, nəsə qorxulu bir şey olmuşdu. Kimsə balta ilə arxasınca qaçmışdı. Aslanın heç vaxt düşməni olmayıb. O, dostsevər adam idi, insanları sevirdi. Hamıya salam verəndə belə baş əyərək salam verirdi. İnsanlara qarşı hörmətlə yanaşan adam idi, insanları əzmək istəmirdi.

Qəzaya düşməmişdən yarım saat əvvəl mənlə danışmışdı. Mən deyəni atası da deyir ki, "Mənim oğlum heç vaxt sükan arxasında yatmazdı, bu, ola bilməzdi". Yəni o yatacaqdısa, maşını saxlamalı idi.

3 gün idi ki, anası rəhmətə getmişdi. Getdi ki, "yox, mən anamı orada tək qoya bilmərəm". Zəng edib ki, gələcəyəm. Deyib ki, yuxu basır məni. Amma necə gəlib bəs?! Onu yuxu bassaydı, o, maşını sürməzdi. İnanmıram ki, Aslan yolda yatsın, yəni bu mümkün deyil. Bu, inandırıcı bir şey deyil. Amma Aslan yatıbsa, yəqin, əcəl belə gəlib".

Qeyd edək ki, A.Hüseynov ötən il mayın 4-də Bakı-Qazax yolunda avtomobil qəzasına düşərək dünyasını dəyişib. Müğənninin idarə etdiyi "BMW" markalı avtomobil qarşıda hərəkət edən "KamAz" markalı yük avtomobili ilə toqquşub. İfaçı Gəncədə anasının qəbri yanında dəfn edilib.

Ətraflı videoda:

BAKU.WS
VİDEO