SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Yaşar Cəlilov şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan sənətçi qalmaqallı şəkildə ayrıldığı keçmiş həyat yoldaşından danışıb.

İfaçı hazırda 3 yaşı olan övladını sonuncu dəfə 6 aylıq olarkən gördüyünü deyib. 

Daha sonra Yaşarın qızı haqqında dedikləri verilişin qonaqlarında o cümlədən, tamaşaçılarda hiddət doğurub. Belə ki, sənətçi 3 yaşlı övladının vəfat etdiyi zaman qəbrinə atası olaraq onun adının yazılacağını bildirib:

"Bundan əvvəlki efirlərdə mən bu haqda danışanda məni qınadılar. Qızımı görmək ata kimi haqqımdır. Allah ona uzun ömür versin. O, rəhmətə gedəndə qəbrinin üstünə yazılacaq Cəlilova Aişə Yaşar qızı... Ora başqa kişinin adı yazılmayacaq. Mənim ata olaraq buna haqqım var".

Qeyd edək ki, Yaşar Cəlilov Nigar adlı xanımla evli olub. Onların ailə həyatı cəmi bir il davam edib. Sonra cütlük ayrılıb.

Ətraflı videoda: 

BAKU.WS
VİDEO