SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan dəbdəbəli evində "Sevgililər günü" qeyd edib.

BAKU.WS xəbər verir ki, sənətçi ailə üzvlərini, yaxınlarını və bir sıra sənət dostlarını başına yığaraq xüsusi günü qeyd edib. Onlar arasında müğənnilər Hacı Nazim, Rüfət Axundov, o cümlədən Əməkdar artist Abbas Bağırov da yer alıb.

Xalq artistinin dəbdəbəli evinin hər tərəfi qırmızı ürək şarlar və güllərlə dekor edilib. 

Röya partidən lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Onun video və fotoları arasında oğlu Hüseynlə şəkilləri də var.

Xalq artistinin təşkil etdiyi əyləncəli və musiqili gecə maraqlı anlarla yadda qalıb. 

BAKU.WS
VİDEO

QALEREYA