SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli seriallarından olan "Yasak Elma"nın aktyoru Berk Oktay evlilik yolunda ilk addım atıb.

BAKU.WS xəbər verir ki, o, uzun müddətdir sevgili olduğu həmkarı aktrisa Yıldız Çağrı Atiksoyla nişanlanıb.

Cütlüyün sadə nişan mərasimi ötən gün baş tutub. Bu haqda onlar sosial şəbəkə hesablarında məlumat veriblər. Hər iki aktyor xoş günlərindən olan fotolarını instaqram izləyiciləri ilə bölüşüblər. 

Qeyd edək ki, Berk Oktay "Yasak Elma" serialında Çağatay obrazını canlandırır.

BAKU.WS
QALEREYA