SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni görüntülərini yayımlayıb. 

BAKU.WS xəbər verir ki, sənətçi ötən gün aparıcı Hacı Nuran Hüseynovun ad günü məclisinə qatılıb. Kazımova həmin görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb. 

Xalq artisti qırmızı libası ilə bütün diqqətləri üzərinə çəkib. Onun dərin sinə dekolteli geyimi xeyli müzakirələr yaradıb. Hər zaman eleqant və qlamur tərzi ilə seçilən sənətçinin bu görünüşünü çox bəyəndiklərini bildiriblər. Pop diva cazibədar geyimini uzun hörüklü saç düzümü və böyük sırğalarla tamamlayıb. 

Qeyd edək ki, Aygün Kazımova sonuncu dəfə keçmiş duet ortağı Namiq Qaraçuxurluya yenidən duet oxumaq təklifi etməklə gündəmə gəlib. 

BAKU.WS
VİDEO