SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur cütlük Demet Özdemir və Oğuzhan Koç 1 illik münasibətlərinə son qoyaraq ayrılıblar.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük yaxın dostlarına münasibətlərinin tamamilə bitdiyini deyib. D.Özdemir bir müddət əvvəl haqlarında çıxan ayrılıq xəbərlərinə “Artıq belə xəbərlərə öyrəşmişik. Qarşıdan gələn həftə yenə bu cür xəbər çıxacaq. Biz yenə münasibətimizə davam edəcəyik”, - deyə cavab vermişdi.

Qeyd edək ki, Oğuzhan Koç bu il "O Ses Türkiye" proqramının münsiflər heyətindədir.

BAKU.WS