SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum meyxanaçı Vüqar Paşayevin (Biləcəri) atası Zakir Paşayev "O üz" proqramına müsahibə verib.

BAKU.WS xəbər verir ki, o, bir əvvəl rəhmətə gedən meyxanaçı oğlunda danışıb. Zakir Paşayev pandemiyadan sonra Vüqarın evlənmək istədiyini bildirib:

"Evə neçədə gəlirdisə, məni qucaqlayıb öpürdü. Onun yoxluğu ilə barışa bilmirəm. Mən ölməli idim. Amma o rəhmətə getdi. Deyirdim, "gəl evləndirək səni". Deyirdi ki, "evlənəcəm". Sonra pandemiya bitdi. Dedi: "sən nə deyirsən, odur. Evlənirəm ata, subay qalmayacam ki..."

Qeyd edək ki, Vüqar Biləcəri ötən il avqustun 29-da vəfat edib. Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. Meyxanaçı Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

BAKU.WS
VİDEO